SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Sumqayıtın mərkəzində obyekt tikildi - İcra Hakimiyyətinin xəbəri yoxdur - VİDEO

Sumqayıtın mərkəzində obyekt tikildi - İcra Hakimiyyətinin "xəbəri yoxdur" - VİDEO

  • 03 aprel 2026, 21:02
Sumqayıt

Sumqayıtın mərkəzində İcra Hakimiyyətinin "xəbəri olmadan" obyekt tikilib, istifadəyə verilməyə hazırlanır.

Yurd.Media "Yenicag.az"a istinadən xəbər verir ki, Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub.

Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəli xəstəxana, Polklinka şöbəsi, üzbəüz küçədə isə 3 saylı orta məktəb yerləşir.

Yerli sakinlər bildirirlər ki, gecə saat 3-də sürətlə inşa edən bu obyekt şəhərin sıx hərəkət zonasında gediş-gəlişə ciddi əngəl törədir.

Maraqlıdır ki, bu obyektin kim tərəfindən inşa olunduğu bilinmir. Obyektin hansı sahədə fəaliyyət göstərəcəyini də bilən yoxdur. Ərazidə tibb ocaqlarının olması səbəbi ilə obyektin aptek kimi fəaliyyət göstərəcəyini güman edənlər var.  

Obyekt barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub. İcra Hakimiyyətindən şikayətçilərə bildiriblər ki, onlar Heydər Əliyev prospekti 40-cı məhəllədə səkinin üzərində avtobus dayanacağına bitişik hər hansı bir obyektin inşasına və fəaliyyətinə icazə verməyiblər. Obyektin kim tərəfindən ora qoyulmasından da xəbərsizdirlər. İcra Hakimiyyətindən bildirilib ki, əraziyə gəlib obyektə baxış keçirəcəklər. İki gün keçməsinə baxmayaraq, icra hakimiyyətindən nə əraziyə gəlib baxış keçirilib, nə də qanunsuz obyektin söküntüsünə başlanılıb.  

Şikayətçilər bildirdilər ki, qanunsuz obyekt nəinki sökülür, əksinə fəhlələr hazırda obyektin ətrafındakı tameti yeniləyirlər. 

Sumqayıtın mərkəzində obyekt tikildi - İcra Hakimiyyətinin "xəbəri yoxdur" - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları