SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Sumqayıt Metaləritmə Zavodu borc məngənəsində - MƏHKƏMƏ İŞİ

Sumqayıt Metaləritmə Zavodu borc məngənəsində - MƏHKƏMƏ İŞİ

  • 06 noyabr 2025, 10:33
Sumqayıt

Sumqayıt Metaləritmə Zavodu ("STP-AH" MMC) 100 min manatdan çox borcunu ödəməyə məcbur edilib.

Yurd.Media-nın əldə etdiyi məlumatlara əsasən, "Real Procurement" MMC Sumqayıtda fəaliyyət göstərən "STP-AH" MMC-yə qarşı iddia qaldıraraq dəqiq olaraq 117 manat məbləğində borcun ödənilməsini tələb edib.

Metaləritmə zavodu 2022-ci ildə aldığı materialların dəyərini ödəmədiyi üçün məsələ məhkəmə müstəvisinə keçib. Məhkəmə araşdırmaları nəticəsində iddiaçının tələbləri əsaslı hesab edilib və "STP-AH" MMC-nin 117.529 manat məbləğində borcu ödəməsi barədə qətnamə çıxarılıb.

Məsələnin maraqlı tərəfi ondadır ki, "Real Procurement" MMC sonradan əlavə müraciət edərək, borcun indeksasiyasını tələb edib. Şirkət Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına istinad edərək, 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayına qədər istehlak qiymətləri indeksinin 127,7% təşkil etdiyini bildirərək, borcun inflyasiyaya uyğun indeksasiyasını istəyib.

Bununla bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilib. Hakim Həlimə Alıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində "Real Procurement" MMC-nin Sumqayıt Kommersiya Məhkəməsinin borclu şirkətdən tutulmalı məbləğin indeksasiyasının həyata keçirilməsi barədə ərizəsi təmin edilməyib.

Qeyd edək ki, “STP AH” Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən Metaləritmə Zavodunun əsasında 2000-ci ildə yaradılıb. Şirkətin 100 min manat nizamnamə kapitalı var.

Prime Leasing
SPE Annual Caspian