SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Siqaretlərin qiymətini süni şəkildə artıranlara XƏBƏRDARLIQ

Siqaretlərin qiymətini süni şəkildə artıranlara XƏBƏRDARLIQ

  • 07 yanvar 2026, 14:39

Bazarda siqaretlərin qiymətlərinin süni şəkildə artırılması və ya rəqabət mühitinin pozulması halları aşkar edilərsə, qanunvericiliyə uyğun tədbirlər görülür.

Yurd.Media xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Dövlət Agentliyini tərəfindən siqaret və tütün məmulatlarının pərakəndə satış qiymətlərində müşahidə olunan dəyişikliklərlə bağlı istehlak bazarında monitorinqlər aparır.

Məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na daxil olmayan məhsulların, o cümlədən siqaretlərin qiymətlərini bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən edir. Bununla belə, Agentlik istehlak bazarında əsassız qiymət dəyişikliyinin qarşısının alınması, eləcə də qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət məqsədilə mütəmadi monitorinqlər həyata keçirir. Bazarda qiymətlərin süni şəkildə artırılması və ya rəqabət mühitinin pozulması halları aşkar edilərsə, qanunvericiliyə uyğun tədbirlər görülür.

Qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar təqdim olunduğu təqdirdə məsələyə Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılır.

Xatırladaq ki, son bir neçə gündə bəzi siqaretlərin qiymətlərində artım müşahidə olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları