Lənkəran şəhərində fəaliyyət göstərən “İnci uşaq aləmi” mağazası açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə cərimə edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Reklam Agentliyinin Lənkəran Regional Reklam İdarəsi tərəfindən Lənkəran şəhəri Həzi Aslanov küçəsində yerləşən obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.
Lənkəran Rayon Məhkəməsinin qərarı ilə protokol təsdiq edilib və obyekt 1500 manat cərimə edilib.