SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Quşçuluq müəssisəsi bazara yeni adla çıxmaq istəyir

Quşçuluq müəssisəsi bazara yeni adla çıxmaq istəyir

  • 11 fevral 2026, 10:56
Ağdaş

Martın 31-də, saat 11:00-da “Ağdaş Quşçuluq” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. 

Yurd.Media xəbər verir ki, Səhmdar cəmiyyəti bununla bağlı rəsmi mətbuatda elan verib. 

Elanda deyilir ki, yığıncaq Ağdaş rayonunun Qaradağlı kəndi, Cəmiyyətin inzibati ərazisində olacaq. Səhmdarlar Cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına aid illik hesabatını müzakirə və təsdiq edəcək, müəssisənin adının dəyişdirilməsinin və nizamnaməsinin yeni redaksiyada təsdiq olunmasını nəzərdən keçirəcək, icra orqanının formalaşdırılması, balansda olan istismara yararsız əsas vəsaitlərin silinməsi və (və ya) özgəninkiləşdirilməsi, fəaliyyətin bərpası məqsədilə investisiyaların cəlb edilməsi, istifadədə olan torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması və ya özəlləşdirilməsi və digər məsələləri həll edəcək. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları