"Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) rəhbərliyində dəyişiklik olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, səhmdar cəmiyyətinə sədrlik edən Nigar Mehdiyeva vəzifəsindən kənarlaşdırılıb, onun yerinə Elnur Quliyev təyin edilib.
Xatırladaq ki, "Para” BOKT 2016-cı ildə lisenziyası ləğv olunmuş “Parabank” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 38 milyon 887 min manatdır. Onun səhmlərinin 17%-i Eldar Quliyevə, 15.5% Alevtina Quliyevaya, 10.95%-i Əşrəf Səfərova, 10.95%-i Faiq Səfərova, 9.8%-i Tamilla Hacıyevaya, 9.6%-i Elnur Quliyevə, 9%-i Vəli Quliyevə, 6%-i Fərman Quliyevə, 3.4%-i İbrahim Səfərova, 3.4%-i Əvəz Səfərova, 3%-i Rasim Poladova, 1.4%-i isə digər şəxslərə məxsusdur.