Bu il dekabrın 1-nə Azərbaycanda 109 611 ədəd yeni nəsil nəzarət kassa aparatı 9NKA) olub.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, noyabrın 1-i ilə müqayisədə 447 ədəd çoxdur.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır.