SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı

Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı

"Guavapay" MMC nizamnamə kapitalını irimiqyaslı şəkildə artırdı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 2 dəfədən çox və ya 102,5% artıraraq 1 milyon 812 min manata çatdırıb.

Qeyd edək ki, Azərbaycan əsilli iş adamları tərəfindən Böyük Britaniyada təsis edilən onlayn ödəniş şirkəti “Guavapay Limited” ölkəmizdə fəaliyyət üçün lisenziyanı ötən ilin aprel ayında alıb.

Şirkət Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 232 ünvanında təsis edilib. Onun direktoru Fəxri Qasımov Məmmədəli oğludur.

“Guavapay” 2017-ci ildə Böyük Britaniyada təsis edilib. Şirkət təsis edilərkən onun səsvermə hüququ olan payı Türkiyə vətəndaşı Ülviyyə Nəsibova adlı şəxsə, 2018-ci ildən 2023-cü ilin sonuna qədər isə həmin pay Orxan Nəsibova ötürülüb. Sonradan şirkətin payı Nəsibovun səhmdarı olduğu “Tainotech Holding Limited”ə ötürülüb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları