SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Yardımlıda arıçılıq təsərrüfatının inkişafı, subsidiyalar müzakirə olunub

Yardımlıda arıçılıq təsərrüfatının inkişafı, subsidiyalar müzakirə olunub

Yardımlı

Yardımılda heyvandarlıq, arıçılıq və taxılçılıq sahələrində çalışan sahibkarlarla görüş keçirilib.

Yurd.Media xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən görüş zamanı rayonun mövcud potensialı, ekoloji təmiz mühitin yaratdığı üstünlüklər, yerli məhsulların emalı və bazarlara çıxışı, eləcə də müasir texnologiyaların tətbiqi imkanları barədə məlumat verilib. Dövlətin dəstək mexanizmlərindən istifadənin sahibkarlığın genişlənməsinə əlavə stimul yaradacağı vurğulanıb.

Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların təklif və suallarını dinləyiblər.

Arıçılıq təsərrüfatının inkişafı, emal müəssisəsinin yaradılması, satış imkanlarının genişləndirilməsi, artezian quyusunun qazılması, subsidiyalar, maliyyələşmə və gənclərin sahibkarlığa təşviqi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

KOBİA nümayəndələri həmçinin rayonda fəaliyyət göstərən ailəvi istirahət mərkəzi və çörək istehsalı müəssisəsində olaraq biznesin inkişaf perspektivlərini yerində müzakirə ediblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları