SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Mərkəzi Bank milyonluq tenderləri qazanan şirkəti CƏRİMƏLƏDİ

Mərkəzi Bank milyonluq tenderləri qazanan şirkəti CƏRİMƏLƏDİ

  • 05 yanvar 2026, 10:54

Azərbaycan Mərkəzi Bankı “N.T.D” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) inzibati protokol yazıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Mərkəzi Bankı şirkət barəsində inzibati xəta haqqında protokol tərtib edib və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərib.

Protokoldan görünür ki, MMC tərəfindən 37 700 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 24 oktyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 37 700 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Məhkəmənin qərarı ilə “N.T.D” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 37700 ABŞ dolları məbləğində vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 7540 ABŞ dolları məbləğində cərimə olunub. Qeyd edək ki, 2004-cü ildə yaradılan “N.T.D” şirkəti ölkəmizdə bir sıra böyük tenderlərdə iştirak edir.

Qeyd edək ki, “N.T.D” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Toğrul Niftiyev Fətəli oğludur. Şirkət dəfələrlə milyonluq tenderlərin qalibi olub, son illər Qarabağ İqtisadi Rayonunda mühəndis-kommunikasiya sistemləri üzrə yüksək və alçaq gərginlikli xətlər və rabitə xətlərinin tikinti-quraşdırma işlərini həyata keçirir.

“N.T.D” şirkətinin direktoru Toğrul Niftiyev“N.T.D” şirkətinin direktoru Toğrul Niftiyev

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları