SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Məhkəmədən “Dəniz Tekstil” ilə bağlı daha iki qərar - 16 min dollarlıq CƏZA

Məhkəmədən “Dəniz Tekstil” ilə bağlı daha iki qərar - 16 min dollarlıq CƏZA

  • 06 avqust 2026, 09:42
Sumqayıt

Sumqayıt şəhərində fəaliyyət göstərən “Dəniz Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yenidən cərimə edilib.

Yurd.Media-nən əldə etdiyi məlumata görə, şirkət tərəfindən 60 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Azərbaycan Mərkəzi Bankı tərəfindən MMC-nin barəsində protokol tərtib edilib və iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə “Dəniz Tekstil” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 12 min ABŞ dolları məbləğində cərimə olunub.

Bundan başqa, eyni ittiham üzrə Mərkəzi Bank sözügedən şirkətə daha bir protokol tərtib edib. Bu dəfə isə ölkə xaricinə köçürülən 20 837 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə “Dəniz Tekstil” bu dəfə də inzibati xətanın obyekti olmuş vəsaitin 20 faizi məbləğində, yəni 4167 ABŞ dolları məbləğində cərimə olunub.

Qeyd edək ki, “Dəniz Tekstil” MMC bundan əvvəl də eyni əmələ görə, mühakimə edilib və 21 min dollardan çox cərimə edilmişdi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları