Ləğv prosesində olan elektron pul təşkilatı “AZVVALLET” MMC (“AzWallet”) rəhbərini dəyişib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin qanuni təmsilçisi olan Anar Axundovun yerinə Sədiyar Ağayev təyin olunub.
Qeyd edək ki, “AZVVALLET” MMC 2024-cü ilin sentyabr ayında 750 min manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmışdı.
Azərbaycan Mərkəzi Bankı şirkətə 2025-ci ilin aprel ayında elektron pul təşkilatı lisenziyası verəndən 1 il sonra, 2026-cı il mayında həmin lisenziyanı ləğv edib.
Qeyd edək ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna edilən dəyişikliklərlə elektron pul təşkilatlarının və ödəniş təşkilatlarının lisenziyalaşdırılması və nəzarəti üzrə səlahiyyətlər 2024-cü il 1 oktyabr tarixindən Azərbaycan Mərkəzi Bankının mandatına keçib. Hazırda 15 elektron pul təşkilaı lisenziya ilə fəaliyyətdədir.
“AZVVALLET” MMC-dən başqa, Mərkəzi Bank indiyədək “Greentek Group” MMC, “Guavapay” MMC və “Paysis” MMC-nin də elektron pul təşkilatı lisenziyalarını ləğv edib.