“Rasimoğlu LTD” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən MMC-də yoxlama aparılıb.
Aparılan yoxlama zamanı şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə məcburi auditi aparılmadığı məlum olub.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Rasimoğlu LTD”in direktoru Eldəniz Qaraşovdur. Gəncə şəhərində qeydiyyatda olan şirkətin hazırda dövlətə 45 min manat vergi borcu var.