SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
MPAY rəhbərliyində dəyişiklik baş verib - EKSKLÜZİV

"MPAY" rəhbərliyində dəyişiklik baş verib - EKSKLÜZİV

  • 13 avqust 2026, 15:08

“MPAY” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərliyində yeni təyinat olub.

Şirkətdən Yurd.Media-ya bildirilib ki, uzun müddətdir “MPAY”də Maliyyə direktoru vəzifəsində çalışan Rafin Bairamov Direktor vəzifəsinə təyin olunub.

Rafin Bairamov yeni vəzifəsində şirkətin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, biznes proseslərinin effektivliyinin artırılması və MPAY ekosisteminin inkişafının davam etdirilməsinə rəhbərlik edəcək.

Qeyd edək ki, “MPAY” MMC şirkəti hazırda “MPAY” və “Emanat” brendləri ilə fəaliyyət göstərir. Şirkət rəqəmsal maliyyə və ödəniş həllərinin inkişaf etdirilməsi, istifadəçilər üçün rahat və əlçatan xidmətlərin təqdim olunması istiqamətində fəaliyyət göstərir.

Məlumat üçün bildiririk ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024-cü il tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən rəqəmsal ödəniş platformasıdır. Platforma 550-dən çox xidməti vahid məkanda birləşdirərək istifadəçilərə mobil, kommunal, kredit, təhsil və digər ödənişlərini operativ və rahat şəkildə həyata keçirmək imkanı yaradır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları