“Bakı Oksigen Kompani” ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 0,3 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 24,3% azdır.
Bu ilin əvvəlinə “Bakı Oksigen Kompani”nin aktivləri ötən ilin əvvəlinə nisbətən 27,05% çox – 5,4 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 2,6 milyon manat (50,6% çox), balans kapitalı isə 2,8 milyon manat (10,7% çox), o cümlədən nizamnamə kapitalı 0,9 milyon manat (dəyişməyib) olub.
Qeyd edək ki, “Bakı Oksigen Kompani” ASC 2004-cü ildən fəaliyyət göstərir. Direktoru Nəriman Fətəliyevin olduğu şirkətin nizamnamə kapitalı 876 min manatdır.