SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Mərkəzi Bank “Sea Trading Group”u cərimələdi

Mərkəzi Bank “Sea Trading Group”u cərimələdi

  • 13 avqust 2026, 15:42

“Sea Trading Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 34500 ABŞ dolları məbləğində vəsaiti 2024-ci il tarixdə xaricə köçürüb və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməyib, valyuta vəsaitini geri qaytarmayıb. 

Azərbaycan Mərkəzi Bankı tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edilib və iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə şirkət inzibati xətanın obyekti olmuş vəsaitin 20 faizi həddində, yəni 6900 ABŞ dolları məbləğində cərimə edilib.

Qeyd edək ki, “Sea Trading Group” 5 ildir fəaliyyət göstərir, direktoru Əvəz Nəfəsovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları