SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət CƏRİMƏLƏNDİ - FOTO

Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət CƏRİMƏLƏNDİ - FOTO

  • 12 avqust 2026, 15:01

“Red Horizon” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 40500 avro məbləğində vəsait bank vasitəsilə 2024-cü ildəavans olaraq ölkə xaricinə köçürülüb. 

Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 13500 avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 2 700 avro məbləğində cərimə olunub.

Qeyd edək ki, “Red Horizon” MMC 2022-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 50 min manat təşkil edən şirkətin rəhbəri Türkiyəli iş adamı Bayram Argindir.

Bayram ArginBayram Argin

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları