SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Cihan Saray satışa çıxarıldı

"Cihan Saray" satışa çıxarıldı

  • 07 avqust 2026, 23:25

Paytaxtda daha bir restoran satışa çıxarılıb.

Yurd.Media Valyuta.az-a istinadən xəbər verir ki, Bakının Qaraçuxur qəsəbəsində yerləşən "Cihan Saray" 2 milyon 500 min manata satışa çıxarılıb.

Satışa təqdim edilən ikimərtəbəli obyektin ümumi faydalı sahəsi 1 048,2 kvadratmetrdir.

Bunun 840,6 kvadratmetrini zallar, 207,6 kvadratmetrini isə köməkçi sahələr təşkil edir.

Obyektin tavan hündürlüyü 11,3 metrdir. Bildirilir ki, geniş zallara və əlavə sahələrə malik bina şadlıq sarayı kimi fəaliyyət göstərmək üçün uyğundur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları