"TCF" ASC bank olmayan kredit təşkilatının (BOKT) 6 800 manat vergi borcu qalıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT ötən ay yaranmış 14 min manatdan çox borcunun yarısını ödəməyə nail olub.
Qeyd edək ki, 2025-ci ilion nəticələrinə görə, "TCF"in aktivləri ötən ilin əvvəlinə nisbətən 2,2 dəfə az – 7,2 milyon manat, o cümlədən xalis kredit portfeli 3,8 dəfə az – 3,75 milyon manat təşkil edib.
"TCF" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 450 min manatdır, direktoru Elşad Münsifdir. BOKT-un səhmdarı 100% "Baku Electronics" MMC-dir.