“Hesab.az”ın sahibi “Qoldenpey” (GoldenPay) rəhbərliyində dəyişiklik baş verib.
Şirkətdən Yurd.Media-ya bildirilib ki, “Qoldenpey” MMC Baş icraçı direktor vəzifəsində Eynar Abdullayevin yerinə Zaur Bayramov təyin olunub. Eynar Abdullayev 2023-cü ilin dekabrından şirkətə rəhbərlik edirdi.
Qeyd edək ki, yeni Baş icraçı direktor Zaur Bayramov şirkətin Müşahidə şurasına üzvü idi.
Xatırladaq ki, "GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb, 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 18,5 milyon manatdır. Şirkət Hesab.az onlayn ödəmə portalının sahibidir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə ona elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib. Bu ilin fevral ayında "Goldenpay" ASC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.