Əsas səhmdarları İsveçrənin "Lafarge Holcim" və "Holcim Auslandbeteiligungs GmbH." şirkətləri olan "Holcim Azerbaijan" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il fəaliyyət göstərdiyi sement bazarında 30 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 53,35% çoxdur.
Bu ilin əvvəlinə "Holcim Azerbaijan"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 9,25% çox - 324,2 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 159,2 milyon manat (8,2% çox), balans kapitalı isə 165 milyon manat (10,2% çox), o cümlədən nizamnamə kapitalı 31,8 milyon manat (dəyişməyib) olub.