Paytaxtda daha bir tanınmış restoran satılır.
Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, Bakının Xətai rayonunda "Neapol" dairəsi yaxınlığında "Mirana Luxury" adı ilə fəaliyyət göstərən şadlıq sarayı satışa çıxarılıb.
Belə ki, 2 mərtəbəli obyektin ümumi sahəsi 2 500 kvadrat metrdir.
Obyekt 450 nəfərlik əsas zal, 250 nəfərlik ikinci zaldan ibarətdir.
Obyektin satış qiyməti 5 milyon 500 min manatdır.
Qeyd edək ki, daha əvvəl Bakının Qaraçuxur qəsəbəsində yerləşən "Cihan Saray"ın da satışa çıxarılması bildirilmişdi.