SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Aqlay istehsalçısı Rerapier” 1 tona yaxın xammalı gömrükdən qanunsuz keçirmək istədi

Aqlay istehsalçısı "Rerapier” 1 tona yaxın xammalı gömrükdən qanunsuz keçirmək istədi

  • 13 avqust 2026, 12:11

“Rerapier” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) gömrük qaydalarını pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, termo aqlay və müasir fasad örtükləri istehsal edən şirkət gömrüyə bəyan etmədən ölkəyə 1 tona yaxın xammal keçirmək istəyib.

Belə ki, Rusiyadan Azərbaycana daxil olan Tacikistan vətəndaşı idarə etdiyi "DAF FX" markalı nəqliyyat vasitəsi ilə həmin ölkədə fəaliyyət göstərən “Pulodi Asl” şirkətindən “Rerapier” MMC-nin ünvanına göndərilən “plintus istehsalı üçün dəzgah” yükünə "Samur" gömrük postunda keçirilmiş yoxlaması zamanı müşayiət sənədlərində qeyd olunmayan çəkisi 900 kq olan 40 kisə polietilen aşkar olunub, protokol əsasında götürülüb.

Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “Rerapier” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə MMC 900 kiloqram plintus istehsalı üçün polivinilxlorid (PVC) əsaslı polimer xammal müsadirə edilib.

Qeyd edək ki, “Rerapier” MMC 2016-cı ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 566 min olan şirkətin rəhbəri Rafiq Alməmmədovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları