SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Borcu yarım milyon manatı ötən şirkəti Mərkəzi Bank 10 min dollar cərimələdi

Borcu yarım milyon manatı ötən şirkəti Mərkəzi Bank 10 min dollar cərimələdi

  • 14 avqust 2026, 09:10

“Mark Supply” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 49 230 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.

"Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Mark Supply” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 49 230 ABŞ dolları məbləğində vəsaitin 20 faizi məbləğində, yəni 9 846 dolların ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Qeyd edək ki, “Mark Supply” MMC 3 ildir fəaliyyət göstərir. Mirrəhim Rəhimzadənin rəhbərlik etdiyi şirkətin hazırda dövlətə 539,5 min manat vergi borcu var. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları