"Naxçıvan yol təchizat" Məhdud Məsuliyyətli Cəmiyyət “İmprotex Trucks and Buses” ilə müqavilə bağlayıb.
Yurd.Media xəbər verir ki, maliyyə dəyəri 7,7 milyon manat olan müqaviləyə əsasən şirkət özüboşaldan yük avtomobilləri ilə təmin edəcək.
Qeyd olunan məbləğə 16 ədəd yük götürmə imkanı 24 ton olan, 6 ədəd götürmə imkanı 10 ton olan özüboşaldan yük avtomobilləri və bir ədəd dartıcı yük avtomobili əldə olunacaq.
“İmprotex truck and buses” MMC Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun sahib olduğu “İmprotex Group” şirkətinə daxil olan biznes strukturlarından biridir. Bundan əlavə şirkətə “İmprotex motor”, “İmprotex travel” və “İmprotex industry” şirkətləri daxildir.