İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti elektron ticarəti vergiyə cəlb etmək üçün yeni texniki layihənin icrası imkanlarını nəzərdən keçirir.
Yurd.Media xəbər verir ki, bunu qurumun rəis müasini Samirə Musayeva bildirib.
O, bu məsələni Asiya İnkişaf Bankının Dövlət Sektorunun İdarə Edilməsi Ofisinin Direktoru Navendu Kara ilə müzakirə edib.
Görüşdə xarici təcrübədən istifadə olunması, nəzarətin daha da rəqəmsallaşdırılması, daha effektiv inzibati tədbirlər görülməsi müzakirə olunub.