SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bakının məşhur biznes mərkəzi “Globus Center” CƏRİMƏLƏNDİ

Bakının məşhur biznes mərkəzi “Globus Center” CƏRİMƏLƏNDİ

  • 16 fevral 2026, 09:37
Bakı

“TRUST 2018” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus “Globus Center” adlı biznes mərkəzində yoxlama aparılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan yoxlama zamanı “Globus Center”də soyutma sistemlərinin işlək olduğu vaxt səs səviyyəsinin və vibrasiyanın ölçülməsi həyata keçirilib.

Monitorinq ölçmə işləri nəticəsində əsasən "LA ekvivalent" səs səviyyəsi normadan yüksək təşkil edilib və ətraf mühit üçün yol verilən hədd norması daxilindən artıq olub. Bu səbəbdən vibrasiya təcilləri isə 88 dB təşkil etdiyi müəyyən edilərək monitorinq aktı tərtib olunub.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə biznes mərkəzi 8000 manat məbləğində cərimə edilib.

“TRUST 2018” bu qərardan apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları