Bu ilin yanvar ayında Azərbaycanda 1 050 vahid kommersiya qurumu dövlət qeydiyyatına alınıb.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bunun təxminən 90%-i yerli, qalanı isə xarici kapitallı olub.
Hazırda ölkədə 205 mindən çox kommersiya qurumu var. Son 1 ildə onların sayı 7% artıb.