SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“Hyatt Regency Baku” hotelinin sahibi yenidən təşkil olunur

“Hyatt Regency Baku” hotelinin sahibi yenidən təşkil olunur

  • 13 fevral 2026, 10:11
Bakı

“Baku Hotel Company” QSC yenidən təşkil olunduğunu elan edib. 

Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin “Vergilər” qəzetində elan verib. 

Elanda deyilir ki, buna səbəb “Azfit” MMC-nin fəaliyyətinə xitam verərək ona qoşulmasıdır. 

“Baku Hotel Company” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 27 118 400 manatdır. Şirkət “Hyatt Regency Baku” oteli, “World Class Baku” fitness klubu, “Mezzo” restoranı və “Baku International Center” kompleksini özündə birləşdirir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları