İşğaldan azad olunmuş ərazilərdə növbəti kiçik ailə biznesləri yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yurd.Media-ya bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə 800-dək sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər qurulub.
Qeyd edilən ərazilərə köçürülmüş sakinlərdən ötən dövrdə 800-dək sakinə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilib.
Verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar.
Özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması ilə bağlı bacarıqlar öyrədilir. Təlimləri bitirdikdən sonra isə onlara biznes planlarına uyğun aktivlər verilir.