SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“Megastore”da vaxtı keçmiş məhsullar - CƏRİMƏLƏNDİ

“Megastore”da vaxtı keçmiş məhsullar - CƏRİMƏLƏNDİ

  • 18 fevral 2026, 13:57
Bakı

“Megastore”da sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Yurd.Mediaya bildirilib ki, qurumun əməkdaşları Nərimanov rayonu, A. Alı küçəsində yerləşən, “Grand-Mart” MMC-yə məxsus “Megastore” ticarət obyektində yoxlama keçirib.

Baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb.

Supermarketdə həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlama zamanı aşkarlanan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyekti barəsində inzibati protokol tərtib olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları