SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Göygölün məşhur istirahət mərkəzi “Ağrı Dağı” cərimələndi

Göygölün məşhur istirahət mərkəzi “Ağrı Dağı” cərimələndi

  • 27 yanvar 2026, 13:19
Göygöl

Göygöl rayonu Toğanalı kəndində yerləşən “Ağrı Dağı” restoranının sahibi cərimə olunub.

Yurd.Media-nın əldə etdiyi məlumayta görə, buna səbəb həmin restoranın sahibkarı reklam haqqında qanunun tələblərini pozub və açıq məkanda icazəsiz reklam yayımlayıb.

Dəfələrlə xəbərdarlıqlar, bildirişlər göndərilməsinə baxmayaraq, bildirişlərin heç birinə nəzər yetirilməyib.

Dövlət Reklam Agentliyinin Gəncə Regional Reklаm İdаrəsi tərəfindən restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə protokol tərtib olunub, baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə protokol təsdiq olunub və sahibkar 1500 manat miqdarında cərimə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları