“Yeni Bazar” MMC ləğv olunduğunu elan edib.
Yurd.Media xəbər verir ki, Bazar bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov küçəsi, ev 4, mənzil 54 ünvanına bildirə bilərlər.
Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, “Yeni bazar” ötən ilin noyabr ayında Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 106 ünvanında 100 min manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi Türkiyə vətəndaşı Hamdi Altunaydır.