SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Gəncədə quşçuluq müəssisəsi “əlimyandı qiymətə” satılır

Gəncədə quşçuluq müəssisəsi “əlimyandı qiymətə” satılır

  • 13 yanvar 2026, 11:31
Gəncə

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Gəncə Quşçuluq” ASC-nin səhmlərinin 30%-ni nominal dəyərinin yarı qiymətinə satışa çıxarıb.

Dövlət Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, səhmlərin satışı fevralın 17-də keçiriləcək pul hərracı vasitəsilə baş tutacaq. Ümumi nominal dəyəri 367 562 manat olan səhmlər investorlara 183 781 manata təklif olunacaq. Bunun isə 10%-i beh kimi ödənilməlidir.

Müəssisə Gəncənin Qırmızı kənd qəsəbəsində yerləşir.

Pul hərracında həm hüquqi, həm də fiziki şəxslər iştirak edə bilər. Sifarişlər ƏMDX-nın Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (e-services.economy.gov.az) vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalmış qəbul olunacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları