SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bakıda tikinti şirkəti cərimələndi

Bakıda tikinti şirkəti cərimələndi

  • 04 avqust 2026, 14:57

“İlkin-İlk Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) inzibati məsuliyyətə cəlb olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi tərəfindən şirkətdə yoxlama aparılıb.

Məlum olub ki, şirkət 2026-cı ilin iyun ayı üzrə hesabatını iyul ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməli olduğu halda bu günədək təqdim edilməyib.

Belə ki, rüblük dövründə istehsal, tikinti, xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və istehsalı haqqında məlumatlar verilməyib.

Bu səbəbdən “İlkin-İlk Tikinti” barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 300 manat məbləğində cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları