SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Babək prospektindəki avtomobillərin “ölüxana”sı sökülür

Babək prospektindəki avtomobillərin “ölüxana”sı sökülür

  • 10 dekabr 2025, 13:35

Bakıda gələn ilin ilk yarısında daha bir bazar ləğv olunacaq.

Yurd.Media Milli.Az-a istinadən xəbər verir ki, Babək prospektində fəaliyyət göstərən və "Təkər aləmi" kimi tanınan bazarda söküntü işlərinə başlanılıb.

Uzun illərdir çalışan təxminən 100-ə yaxın sahibkar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb.

Sahibkarlara ərazini boşaltmaları üçün aprelin 30-na qədər vaxt verilib.

Məlumata görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Tikinti başa çatdıqdan sonra sahibkarların yenidən əvvəlki yerlərinə qayıda biləcəyi qeyd olunub.

Ərazi özəl mülkiyyətdədir.

Prime Leasing
SPE Annual Caspian