SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“Finca Azerbaijan”ın direktoru DƏYİŞDİ

“Finca Azerbaijan”ın direktoru DƏYİŞDİ

"Finca Azərbaycan BOKT" MMC rəhbər vəzifəsində dəyişiklik edib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, 12 illik fəaliyyətinin ardından Timmoti Tarrantı Zaur Nurməmmədov əvəz edib.

Zaur Nurməmmədov 2005-ci ilin oktyabr ayında “FINCA Azerbaijan”-da Xüsusi Layihələr üzrə Koordinator vəzifəsində işə başlamışdır. 2009-cu ilin Dekabr ayında O, İnzibati Departamentin rəhbəri təyin olunmuş, 2010-cu ilin sentyabr ayında isə Marketinq Meneceri olaraq Marketinq Departamentinin qurulması və idarə edilməsi ona həvalə edilmişdir. O, 2019-cu ilin noyabrından etibarən Baş Əməliyyat Meneceri vəzifəsi səlahiyyyətlərini icra etməyə başlamış, 2021-ci ilin iyun ayından isə təşkilatın Baş Əməliyyat Meneceri təyin olunmuşdu.

Qeyd edək ki, “Finca Azərbaycan" 1998-ci ildə yaradılıb. Mikromaliyyə təşkilatı nizamnamə kapitalının 100%-i Niderlandda qeydiyyatdan keçmiş “Finca Microfinance Cooperatief U.A” şirkətinə məxsusdur.

Bu günlərdə “Finca Azerbaijan” MMC 5 milyon ABŞ dolları dəyərində istiqraz emissiyası da elan edib

Prime Leasing
SPE Annual Caspian