“Finca Azerbaijan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 5 milyon ABŞ dolları dəyərində istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, BOKT istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 50 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onlara illik 9% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.