“Azərbaycan Hava Yolları”ndan (AZAL) bilet alan sərnişinlərdən yalnız əvvəlcədən əlavə ödəniş edənlər uçuş cədvəlindəki dəyişikliklərdən sığortalanacaq.
Yurd.Media xəbər verir ki, AZCON Holding şirkətlərindən olan AZAL-ın istifadəyə verdiyi yeni rəqəmsal xidmət gecikmə və ya reysin ləğvi kimi hallarda sərnişinlərə operativ dəstəyin göstərilməsini nəzərdə tutur. DAFAR (“Disruption Assistance For Any Reason”) adlanan bu xidmət isə pulludur, bilet alınan zaman əlavə ödəniş olunmalıdır.
"DAFAR ödənişli əsasda təqdim edilir və xidmətin dəyəri istiqamətdən asılı olaraq dəyişir. Xidmət aktivləşdirildikdən sonra sistem reysin statusunu avtomatik izləyir. Uçuşun 2 saat və ya daha çox gecikməsi, yaxud həmin gün ləğv olunması halında sərnişinə bildiriş göndərilir", - şirkətdən bildirilib.