Bakıda "Araz" supermarketin yerləşdiyi obyekt satışa çıxarıldı.
Yurd.Media xəbər verir ki, "Araz Market"in Bakı şəhəri, Yasamal Rayonu Elmlər Akademiyasi metro stansiyasının yaxınlığında yerləşdiyi mağaza elan saytlarının birində satışa çıxarılıb.
Ümumi sahəsi 1100 m² olan 18 mərtəbəli yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən obyekt 6,8 milyon manata satılır.
Qeyd edək ki, "Araz Supermarket" şəbəkəsi “Veysəloğlu Şirkətlər Qrupu”na daxildir.