SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Azərsun Holdinq”in şirkəti CƏRİMƏLƏNDİ

“Azərsun Holdinq”in şirkəti CƏRİMƏLƏNDİ

  • 25 iyun 2026, 09:23

“Bakı Qida və Yağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) gömrük qaydalarını pozub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsi tərəfindən protokol tərtib edilib. 

Belə ki, “Azərsun Holdinq” şirkətlər qrupuna daxil olan “Bakı Qida və Yağ Fabriki”nin ünvanına 7 ayrı-ayrı nəqliyyat vasitələri ilə gələn mallar ölkə ərazisinə gətirilməzdən əvvəl Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilib. 

İş materiallarına əlavə edilmiş DGK-nin “VAİS” informasiya resursundan “malın çatdırılması və boşaldılmasına” dair çıxarışdan görünür ki, nəqliyyat vasitələri ilə “Bakı Qida və Yağ Fabriki”nin ünvanına göndərilən mallar Yalama gömrük postundan keçməklə gömrük ərazisinə gətirilib, lakin mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada gömrük oqranına verilməyib. 

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib, Nizami Rayon Məhkəməsinin qərarı ilə 1500 manat məbləğində cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları