SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azercell” bu xidmətini dayandırır

"Azercell” bu xidmətini dayandırır

  • 25 oktyabr 2025, 09:58

"Azercell” bu ayın axırından “HBO”, “BBC”, “ABC Studios”, “Sony Pictures” və “WarnerMedia” kimi film studiyalarının yeni film və seriallarını təqdim edən "Kinon" xidmətini dayandırır.

Şirkətdən Yurd.Media-ya bildirilib ki, 31.10.2025-ci il tarixindən etibarən "Azercell Telekom" MMC-nin "Kinon" xidməti çərçivəsində təqdim edilən paketlərin şərtlərində dəyişikliklər tətbiq ediləcək.

“Azercell Telekom" MMC-dən asılı olmayan səbəbdən "Amediateka" şirkəti tərəfindən müvafiq xidmətin ləğv olunması ilə əlaqədar olaraq bu paket üzrə xidmət göstərilməsi dayandırılacaq. "Kinon Plus" paketində yalnız TV kanalları və "Wink", "Viju", "Premier" platformalarının məzmunundan istifadə mümkün olacaq”. 

Qeyd edək ki, mobil operator bu xidməti ötən ilin sentyabr ayından təqdim etməyə başlamışd, aylıq 9 manat abunəlik haqqı var idi.

Prime Leasing