SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda iki səhmdar cəmiyyəti ləğv olunur

Azərbaycanda iki səhmdar cəmiyyəti ləğv olunur

  • 16 dekabr 2025, 16:52

Fevralın 2-də, saat 11:00-da “Bakı Elektriktökmə” ASC-nin, fevralın 3-də, saat 11:00-da isə “Yeni Bemz” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verilib.

Elanda deyilir ki, yığıncaqlar Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 5 ünvanında olacaq.

Səhmdarlar 2025-ci il üzrə maliyyə nəticələrini müzakirə və təsdiq edəcək, Cəmiyyətlərin ləğv edilməsi barədə qərar qəbul edəcək, bununla bağlı Ləğvetmə Komissiyası yaradacaq (sədr və üzvlərini müəyyən edəcək), dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxs (hüquqi və yaxud fiziki) təyin edəcək və digər məsələləri nəzərdən keçirəcək.

Prime Leasing
SPE Annual Caspian