"Sinay Group" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Yurd.Media xəbər verir ki, alanda deyilir ki, şirkət nizamnamə kapitalını 305 010 manatdan 10 manata endirib.
Qeyd edək ki, 2021-ci ildə yaradılan "Sinay Group"un rəhbəri Lukman Mirzəyev Abdullayeviçdir.
İki il əvvəl şirkət nizamnamə kapitalını 441 min manatdan 305 min manata endirmişdi.