SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Marketlər m10 ilə ödənişlərdən imtina edir

Marketlər m10 ilə ödənişlərdən imtina edir

Azerbaycanda populyar rəqəmsal ödəniş platformalarından biri olan "m10" tətbiqi ilə bir sıra iri marketlər şəbəkəsində ödənişlərdən imtina olunur.

Yurd.Media əməkdaşının apardığı müşahidələr zamanı məlum olub ki,  "Araz" və "OBA" marketlərinin müxtəlif mağazalarında m10 ödənişləri ilə bağlı fərqli vəziyyət yaşanır. Belə ki, kassirlər müştərilərə bank kartı vasitəsilə və nağd formada ödəniş etməyi tövsiyə edirlər. Kassada çalışan əməkdaşların sözlərinə görə, m10 vasitəsilə edilən ödənişlər bəzi hallarda uğurla tamamlanmır, çıxılan vəsait yenidən müştərinin hesabına geri qayıdır. Bəzi kassirlər isə m10 xidmətinin dayandırıldığını bildirsələr də, ödənişlərin "PashaPay" sistemi üzərindən bəzi hallarda həyata keçə bildiyini qeyd edirlər.

Xatırladaq ki, bir müddət öncə “AL Market”, “Bravo” supermarketlər şəbəkəsində, o cümlədən bir sıra iri obyektlərdə və yanacaqdoldurma məntəqələrində M10 tətbiqi vasitəsilə ödənişlər dayandırılıb.

Həmçinin iyun ayının sonundan etibarən m10 tətbiqindən Azərbaycan Beynəlxalq Bankının (ABB) kartlarına vəsait köçürmək, həmçinin ABB kartları vasitəsilə m10 elektron pul kisəsini artırmaq da qadağan edilib. ABB-nin "m10"la bəzi ödəniş əməliyyatlarını dayandırmasının səbəb tərəflər arasında müddəti bitən müqavilənin köhnə şərtlərlə davam etdirilməməsi olub. 

Qeyd edək ki, "m10" tətbiqi "PashaPay" şirkətinin məhsuludur, Azərbaycanda nağdsız əməliyyatlar həyata keçirmək üçün yaradılan ilk elektron pulqabıdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları