Bu il yanvarın 1-nə Azərbaycanda 1,45 milyon fərdi sahibkar olub.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,6% çoxdur.
Xatırladaq ki, hazırda ölkə əhalisinin sayı 10,3 milyon nəfərdir. Başqa sözlə, əhalinin 14%-i fərdi sahibkardır.