"Azəri-Star Mikromaliyyə" Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC rəhbərini dəyişdirib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət rəhbər vəzifəsinə Elnur Allahverdiyevin əvəzinə Kənan Salayevi təyin edib.
Qeyd edək ki, “Azəri-Star Mikromaliyyə” 2003-cü ildə yaradılıb, Bərdə rayonunda fəaliyyət göstərir, nizamnamə kapitalı isə 1 milyon 435 min manatdır.
Xatırladaq ki, BOKT 2024-cü ili 23 824 manat zərərlə başa vurub.