SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
AZAL yeni istiqamətlərə uçuşlar açacaq

AZAL yeni istiqamətlərə uçuşlar açacaq

  • 26 iyun 2025, 19:16

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) gələcək planlarında təyyarə parkına yeni hava gəmilərinin əlavə edilməsi nəzərdə tutulub.

Yurd.Media xəbər “Report” verir ki, bunu AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün təşkil edilən işgüzar səhər yeməyində bildirib.

O, bunun nəticəsində yeni istiqamətlər üzrə uçuşların açılması baxımından geniş imkanlar yaranacağını bildirib.

C. Manizadə son illər ərzində AZAL-ın bir sıra istiqamətlər üzrə birbaşa uçuşların sayını artırdığını, xüsusilə əcnəbi sərnişinlər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının əlverişli tranzit mərkəzinə çevrildiyini qeyd edib.

Prime Leasing