“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2024-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Səhmdar cəmiyyəti ötən il 874 min manat zərər edib.
Bu ilin əvvəlinə “Akkord”un aktivləri ötən ilin əvvəlinə nisbətən 0,15% az – 487,4 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 301,8 milyon manat (dəyişməyib), balans kapitalı isə 178,2 milyon manat (0,4% az), o cümlədən nizamnamə kapitalı 90,3 milyon manat (dəyişməyib) olub.
Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Ayhan Keskinkılıçdır.