Azərbaycanda tikinti materiallarının topdan satışı ilə məğul olan “Konstromat” ASC 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 1,8 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% azdır.
Bu il iyulun əvvəlinə “Konstromat”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 27% çox – 14,9 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 10,1 milyon manat (43,3% çox), balans kapitalı isə 4,8 milyon manat (2,3% çox), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (dəyişməyib) olub.
Qeyd edək ki, “Konstromat” ASC "Norm" sement zavodunun istehsal etdiyi, Klass A ( 400 marka) və Klass B (300 marka) kisə bağlamada olan sement məhsullarının distributor olduğu Bakı, Abşeron, Sumqayıt, Qobustan, Oğuz, İsmayilli, Balakən, Qəbələ, Şəki, Zaqatala, Qax, Göyçay, Bərdə, Ağcabədi, Naftalan, Füzuli, Tərtər, Ağstafa, Daşkəsən, Gəncə, Göy-Göl, Şəmkir, Mingəçevir, Gədəbəy, Goranboy, Qazax, Yevlax, Tovuz şəhər və rayonlarında yerləşən pərakəndə ticarət mərkəzlərinə və tikinti şirkətlərinə satışını həyata keçirir.